Pleyeri seçin:
“Zirə” Avropa Liqasında ilk oyununu keçirib
Ölkəmizi Avropa liqasında təmsil edən “Zirə” klubu I təsnifat mərhələsində ilk görüşünü keçirib.
Baş məşqçi Rəşad Sadıqovun futbolçuları Moldovada “Şerif”in qonağı olublar.
Tiraspol şəhərində keçirilən matçın ilk hissəsində təhlükəli vəziyyətlər yaransa da, fasiləyədək hesab açılmayıb. Qarşılaşmada yeganə qol 88-ci dəqiqəqədə vurulub. “Qartallar”ın yeni transferi David Volkov komandasını irəli çıxarıb: 1-0.
Bundan sonra qapısını toxunulmaz saxlayan “Zirə” mərhələnin ilk görüşünü qalib tamamlayıb. Tərəflər arasında cavab oyunu iyulun 18-i Bakıda keçiriləcək.
Qeyd edək ki, “Şerif” – “Zirə” cütünün qalibi növbəti mərhələdə İsveçin “Elfsborq” və Kiprin “Pafos” klubları arasında mübarizədə güclü olan kollektivlə qarşılaşacaq.
Kopyalandı
#Zirə FK teqi istifadə olunub
- “Zirə” - “Payde” matçının nəticəsi necə olacaq? | Yeni idman xəbərləri
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Qəsəbə təmsilçisində müqavilə müddəti bitən oyunçularla ayrılıq yaşandı
- "Neftçi"dən matçdakı qərəzli yanaşma ilə bağlı bəyanat | Yeni idman xəbərləri - Baku TV
- Ehtiram Quliyevin qalmaqallı açıqlaması “Turan Tovuz”a baha başa gəldi - Baku TV
