Pleyeri seçin:

22 rayonda 24 aqroparkın yaradılması üçün hansı addımlar atılır?

06 fevral 2025 728 baxış

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

Hazırda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bunu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov brifinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.

“Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə Seymur Adıgözəlov vurğulayıb.

Banner
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 728 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 728 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 728 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 728 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 728 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 728 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 728 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 728 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 728 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 728 baxış
Seçilmişlər
icon