Albaniyada SOCAR-ın Korça şəhərinin qazlaşdırma layihəsinin təqdimatı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın həyata keçirdiyi “Nur” layihəsinin – Albaniyanın Korça şəhərinin qazlaşdırılmasının ictimai təqdimatı keçirilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində məlumat verib.
Nazir bildirib ki, Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə Azərbaycanın qaz tədarükü coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, “Albgaz” və SOCAR şirkətləri arasında Korça şəhərində qaz infrastrukturunun inkişafına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb. Qaz infrastrukturunun tikintisinə 2025-ci ildə başlanacaq və onun 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV
- Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə
- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
