Pleyeri seçin:

Azərbaycan bərpa olunan enerji mənbələri ilə bağlı hansı addımları atdı? | Detallar açıqlandı

01 iyul 2025 717 baxış

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində kredit sazişi imzalanıb.

Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini “AzərEnerji” İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.

Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.

Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.

Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 kilometr uzunluğunda 500 və 330 kilovoltluq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kilovoltluq “Nəvahi” yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.

Banner
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 717 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 717 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 717 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 717 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 717 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 717 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 717 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 717 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 717 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 717 baxış
Seçilmişlər
icon