Azərbaycanın növbəti 6 il üçün hədəfləri nələrdir? | Millət vəkilindən açıqlama
Azərbaycan regionda yaşıl enerjinin inkişafına töhfə verən ölkələrdəndir. Təsadüfü deyil ki, ölkəmizdə alternativ mənbələrdən enerji istehsalı üçün 1 milyard dollardan çox investisiya qoyuluşu həyata keçirilib.
Azərbaycanın hədəfi 2030-cu ilə qədər ümumi istehlakda bərpa olunan enerjinin payının 30%-ə çatdırılmasıdır. Digər hədəf isə emissiyaların 35% azaldılmasına nail olmaqdır.
Mövzu ilə bağlı Baku TV-yə danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, növbəti 6 il üçün hədəf kifayət qədər ciddidir: “Azərbaycanla Avropa İttifaqı arasında yaşıl enerji sahəsində əməkdaşlıq var. Azərbaycanın 2027-ci ildən etibarən alternativ mənbələrdən əldə edilən enerjini Avropa bazarına çıxaracağı gözlənilir”.
Bu baxımdan COP tədbirlərinə ənənəvi enerji istehsal edən ölkələrin cəlb edilməsi daha məntiqlidir. İstər COP28-in keçirildiyi BƏƏ, istərsə də COP30-un keçiriləcəyi Brazilya neft-qaz ölkəsi olsa da, alternativ enerji mənbələrinin inkişafına xüsusi töhfə verən ölkələrdəndir. Azərbaycan da ənənəvi enerji istehsal etməklə yanaşı, yaşıl enerji sahəsində bir çox uğurlara imza atıb. Ölkəmiz qlobal və regional inkişafa böyük töhfələr verir.