Pleyeri seçin:

Azərbaycanla Britaniya arasında memorandum | Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirildi

30 aprel 2025 1110 baxış

Londonda Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

İclasdan əvvəl energetika naziri Pərviz Şahbazovla Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirə aparılıb.

Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib.

Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb. Tədbir çərçivəsində UKEF və AZPROMO arasında Anlaşma Memorandumu imzalanıb.

Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 8-cı iclasının 2026-cı ildə Bakıda keçirilməsinə qərar verilib.

Banner
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 1110 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 1110 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 1110 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 1110 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 1110 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 1110 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 1110 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 1110 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 1110 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 1110 baxış
Seçilmişlər
icon