Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin məbləği açıqlandı
Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və iki ölkənin iqtisadi göstəriciləri rekord səviyyəyə çatıb.
Bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 43,5 % artaraq 3,1 milyard ABŞ dollarına çatıb:
"Çinlə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Onlar arasında münasibətlər zamanın sınağından keçib. Hazırda iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb".
Diplomat "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinlə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.