Bakı-Tbilisi-Ceyhan kəməri üzrə xərclərin məbləği açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əməliyyat xərclərinə təxminən 59 mln. dollar, əsaslı xərclərə isə 18 mln. dollar vəsait xərclənib.
BP-nin dərc etdiyi hesabata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 mln. tondan çox xam neft nəql edilib və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 15 mln. ton xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb”, - deyə hesabatda bildirilir.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
