Pleyeri seçin:

Bakı və Abşeronun enerji təminatında mühüm yenilik | Layihə barədə detallar - Baku TV

07 sentyabr 2026 194 baxış

5,8 hektar ərazidə tikilən yeni 220 kilovoltluq “Sea Breeze” yarımstansiyasında işlər sürətlə davam edir və layihənin böyük hissəsi artıq icra olunub.

Yarımstansiyanın tikintisi ilə paralel olaraq onun enerjisistemə inteqrasiyası üçün müasir şəhərsalma konsepsiyasına uyğun olaraq ümumilikdə 17,5 kilometr uzunluğunda 220 kilovoltluq yeraltı kabel xətləri çəkilir. Bakı şəhəri üçün xüsusi əhəmiyyət daşıyan bu strateji enerji obyektinin ilin sonunadək tamamlanması nəzərdə tutulur.

“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, 220 kilovoltluq yarımstansiyasının istismara verilməsi ilə Bakının 220 kilovoltluq dairəvi elektrik təchizatı sxemi daha da genişlənəcək. Bu isə enerji axınlarının daha səmərəli paylanmasına, qəza və ya təmir hallarında istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına əlavə imkan yaradacaq.

Bununla yanaşı, yarımstansiyanın 110 kilovoltluq şəbəkələrlə inteqrasiyası mövcud yarımstansiyalar üzərindəki yükü azaltmaqla Bakı və Abşeron yarımadasında elektrik təchizatının dayanıqlığını daha da gücləndirəcək.

“AzərEnerji” tərəfindən yaradılan yeni güc mərkəzi gələcək yaşayış, turizm və biznes layihələrinin enerji təminatı üçün əlavə imkanlar yaradaraq paytaxtın uzunmüddətli urbanizasiya və iqtisadi inkişaf hədəflərinə xidmət edəcək.

Banner
Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 194 baxış
Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 194 baxış
Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 194 baxış
Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 194 baxış
Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 194 baxış
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 194 baxış
SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 194 baxış
Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 194 baxış
Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 194 baxış
SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

İqtisadiyyat
15 oktyabr 2026 194 baxış
Seçilmişlər
icon