Pleyeri seçin:

BƏƏ şirkətinin səhmdar olması Bakıya nə qazandırır? - Layihə barədə iqtisadçılardan şərh - Baku TV

10 fevral 2026 1020 baxış

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Alqı-satqı əməliyyatı İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payı üzrə həyata keçirilib. Cəmiyyət “Cənub Qaz Dəhlizi”ndəki layihələr üzrə Azərbaycana məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə 2014-cü ildə yaradılıb.

İqtisadçı Xalid Kərimli deyir ki, “Cənub Qaz Dəhlizi” QSC-nin bir hissəsinin satılmasının Azərbaycan üçün bir sıra istiqamətlərdə strateji əhəmiyyəti var:

“Bu layihə uzunmüddətli və yüksək kapitaltutumlu layihədir. Ümumiyyətlə, sözügedən layihənin genişləndirilməsi məsələləri də gündəlikdədir. Çünki 2022-ci ildə Avropa Komissiyasının sədrinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin ötürmə gücünün artırılması məsələsi ilə bağlı Memorandum imzalanıb. Amma tam olaraq icraata keçməyib”.

Ekspert hesab edir ki, prosesin həyata keçirilməsi maliyyə və risklərin bölüşdürülməsinə ehtiyac yaradır. Alqı-satqı həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bu sövdələşməni qlobal enerji təhlükəsizliyinin təmin edilməsində rəsmi Bakıya olan inamın ifadəsi kimi qiymətləndirir. O hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri kimi böyük enerji oyunçusunun layihəyə qoşulması maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, layihənin beynəlxalq siyasi çəkisini də artırır.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC-də nəzarət payı SOCAR-a aid olaraq qalır. Ümumi səhmlərin 51 faizi Dövlət Neft Şirkətinə məxsusdur.

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

İqtisadiyyat
17 sentyabr 2026 1020 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 1020 baxış
Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 1020 baxış
Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

İqtisadiyyat
16 sentyabr 2026 1020 baxış
Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

İqtisadiyyat
16 sentyabr 2026 1020 baxış
Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

İqtisadiyyat
15 sentyabr 2026 1020 baxış
Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV

Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV

İqtisadiyyat
15 sentyabr 2026 1020 baxış
Bank sektorunda böyük dəyişiklik | Say niyə azalır? - Baku TV

Bank sektorunda böyük dəyişiklik | Say niyə azalır? - Baku TV

İqtisadiyyat
13 sentyabr 2026 1020 baxış
Kənd təsərrüfatı üzrə subsidiyalardan kimlər yararlana bilmir? - Baku TV

Kənd təsərrüfatı üzrə subsidiyalardan kimlər yararlana bilmir? - Baku TV

İqtisadiyyat
12 sentyabr 2026 1020 baxış
SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV

SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV

İqtisadiyyat
12 sentyabr 2026 1020 baxış
Seçilmişlər
icon