Daşkənddə mühüm görüş | SOCAR-ın imzaladığı saziş barədə detallar
Daşkənddə SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.
Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Hökuməti arasında bu ölkədəki “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək.
Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətinə yekunlaşdırılması planlaşdırılır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
