İqtisadiyyat
Pleyeri seçin:
Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda nələr müzakirə edildi? | Detallar açıqlandı
Sentyabrın 24-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə hökumətin iclası keçirilib.
Toplantıda 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
Əli Əsədov deyib ki, dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq.
Baş nazir bildirib ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.
Qeyd edilib ki, büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim ediləcək.
Kopyalandı
Seçilmişlər