İqtisadiyyat
Pleyeri seçin:

Enerji keçidində əsl dönüş yaratmaq üçün... | Pərviz Şahbazov tədbirdə çıxış etdi

12 noyabr 2024

COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.

Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.

“Bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi, dəstəyi labüddür. Gəlin öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”, – deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir Azərbaycanın 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqalayihələr həyata keçirildiyini də diqqətə çatdırıb.

İştirakçılar həmçinin COP29 Prezidentliyinin əsas məqsədi bərpa edilən enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.

Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalq birlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğunun aradan qaldırılması” adlı panel müzakirələrlə davam edib.

COP29 çərçivəsində SOCAR ilə "Italgas" şirkəti arasında əməkdaşlığa dair saziş imzalandı

COP29 çərçivəsində SOCAR ilə "Italgas" şirkəti arasında əməkdaşlığa dair saziş imzalandı

İqtisadiyyat
13 noyabr 2024
Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

İqtisadiyyat
12 noyabr 2024
Cəbrayılda meqalayihə | 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası reallaşır

Cəbrayılda meqalayihə | 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası reallaşır

İqtisadiyyat
12 noyabr 2024
Azərbaycan və SOCAR-ın 2050-ci ilədək hədəfləri | Detallar açıqlandı

Azərbaycan və SOCAR-ın 2050-ci ilədək hədəfləri | Detallar açıqlandı

İqtisadiyyat
12 noyabr 2024
Trampın yenidən lider olması kriptovalyuta sektoruna necə təsir etdi? | İqtisadçı açıqladı

Trampın yenidən lider olması kriptovalyuta sektoruna necə təsir etdi? | İqtisadçı açıqladı

İqtisadiyyat
11 noyabr 2024
COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında mühüm əməkdaşlıq

COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında mühüm əməkdaşlıq

İqtisadiyyat
11 noyabr 2024
Qlobal ərzaq qiymətləri indeksi açıqlandı | Qiymət artımına səbəb nədir?

Qlobal ərzaq qiymətləri indeksi açıqlandı | Qiymət artımına səbəb nədir?

İqtisadiyyat
10 noyabr 2024
Bitkoinin rekord həddə çatmasının əsas səbəbi | Ənənəvi aktivləri geridə qoydu

Bitkoinin rekord həddə çatmasının əsas səbəbi | Ənənəvi aktivləri geridə qoydu

İqtisadiyyat
09 noyabr 2024
SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri müzakirə olunub

SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri müzakirə olunub

İqtisadiyyat
09 noyabr 2024
Dollara tələbatın kəskin artmasının səbəbi | İqtisadçı açıqladı

Dollara tələbatın kəskin artmasının səbəbi | İqtisadçı açıqladı

İqtisadiyyat
09 noyabr 2024
Seçilmişlər
icon