Enerji təhlükəsizliyində Azərbaycanın rolu
Builki “Bakı Enerji Həftəsi” həddindən artıq ehtiyac duyulan yaşıl enerjinin diversifikasiyasında eksklüziv dəyər qazanır. Bu baxımdan ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbir münasibətilə Prezident İlham Əliyevə ünvanladıqları məktublar Bakı ilə Qərbin strateji tərəfdaşlığının yüksəlməsi prosesini özündə ehtiva edir. Çünki qərbli liderlər də yaxşı başa düşür ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Avropanın enerji təhlükəsizliyində İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Çünki bu rol Vaşinqton-London tandemi tərəfindən də yüksək qiymətləndirilir və əbəs yerə deyil. Azərbaycanın təşəbbüsləri gələcək dövrə hesablanıb, geosiyasi və geoiqtisadi çağırışlarla eynilik təşkil edir.
Təbii ki, Azərbaycan yeni Avropa enerji təhlükəsizliyində də mühüm rol oynayacaq. Çünki gedişat Azərbaycansız heç bir planın olmadığını göstərir. Yəni Bakı ənənəvi enerji məhsulları ilə yanaşı, həm də dünyanın gələcəyinə töhfə verəcək yaşıl enerji ilə bağlı insvestisiyaların da cəlbinə malik olacaq ki, nəticədə beynəlxalq arenada da mövqelərini möhkəmləndirəcək.