Pleyeri seçin:

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

20 sentyabr 2026 282 baxış

20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü ilə yanaşı, həmçinin Neftçilər Günü kimi qeyd edilir.

Bu tarixin seçilməsi isə təsadüfi xarakter daşımır. Belə ki, 32 il öncə məhz sentyabrın 20-də Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının istismar olunmasına dair hasilatın pay bölgüsü sazişi imzalanıb.

Sonradan əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılan sənəd həmin dövrdə ölkəyə 7,4 milyard dollar investisiya qoyulmasını nəzərdə tuturdu. Azərbaycanın bu layihədən 34 milyard dollar mənfəət əldə etməsi gözlənilirdi. Lakin ötən müddətdə “qara qızıl”ın bahalaşması Azərbaycanın əldə etdiyi mənfəətin nəzərdə tutulandan dəfələrlə çox olmasına imkan yaratdı. Nəticədə, bu müqavilə Azərbaycanın müstəqillik dövrünün iqtisadi tarixində yeni səhifə açaraq ölkənin hərtərəfli inkişafına və xalqın rifahının yüksəlməsinə gətirib çıxardı.

“Əsrin müqaviləsi”nin müddəti 2024-cü ilin sonunda başa çatmalı idi. Amma ölkədə həyata keçirilən daha bir uzaqgörən siyasətin nəticəsi kimi müqavilənin müddətinin bitməsinə yeddi il qalmış uzadıldı. Beləliklə, 14 sentyabr 2017-ci ildə imzalanan yeni sazişlə Azərbaycanın “Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin müddəti 2050-ci ilə qədər artırıldı.

“Əsrin müqaviləsi” həmçinin enerjinin digər seqmentlərində də böyük imkanlar yaradıb. Azərbaycan neftlə yanaşı, təbii qaz ixrac edən ölkəyə çevrilib. Eyni zamanda bərpa olunan enerji potensialının reallaşdırılması da ölkəmizin yaxın perspektivdə prioritetlərindəndir.

Banner
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 282 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 282 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 282 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 282 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 282 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 282 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 282 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 282 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 282 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 282 baxış
Seçilmişlər
icon