Pleyeri seçin:

Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

07 iyul 2026 450 baxış

Azərbaycana idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna sərhəddə nəzarətin təmin edilməsi nəzərdə tutulur.

Bunu Milli Məclisin iyulun 7-də keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, əsas məqsəd ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna sərhəddə nəzarəti təmin etməkdir:

"Texniki tənzimlənmə haqqında" qanuna əsasən, texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların idxalı qadağandır. Bundan əlavə, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında idxaldan əvvəl malların milli texniki reqlamentə uyğunluğunu yoxlayan mexanizmin yaradılması nəzərdə tutulub".

Deputat qeyd edib ki, hazırda Gömrük Məcəlləsi bu uyğunluq sənədlərinin gömrük mərhələsində yoxlanılması üçün birbaşa hüquqi əsas vermir:

"Təqdim olunan layihə məhz bu boşluğun aradan qaldırılmasına xidmət edir. Bunun üçün Məcəllənin iki maddəsinə paralel dəyişiklik edilir. Gömrük orqanlarının yoxladığı sənədlər sırasına baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sənədləri ilə yanaşı, uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri də əlavə olunur. Yəni gömrük sistemi texniki reqlamentə tabe olan malların bu sənədlərlə müşayiət olunmasını yoxlaya biləcək".

O bildirib ki, layihədə sahibkarların maraqları da nəzərə alınıb:

"Tələblərin idxal mallarına faktiki tətbiqi üçün 2 illik keçid dövrü nəzərdə tutulub. Bu müddət sahibkarlara fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmaq imkanı verəcək. Tələb yalnız barəsində texniki reqlament və standartlar qəbul edilmiş qeyri-qida mallarına aid olacaq".

Deputat vurğulayıb ki, layihənin qəbulu bir sıra mühüm nəticələrə səbəb olacaq:

"Birincisi, təhlükəsizlik tələblərinə cavab verməyən mallar ölkəyə buraxılmayacaq. Bu, insanların sağlamlığının və ətraf mühitin qorunmasına xidmət edir. İkincisi, idxal mallarına yerli mallarla eyni rejim tətbiq olunmaqla ədalətli rəqabət təmin ediləcək və yerli istehsal dəstəklənəcək. Üçüncüsü, ölkəmizin standartlaşma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılacaq".

Banner
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 450 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 450 baxış
Azərbaycan nə qədər hazırlıqlıdır?

Azərbaycan nə qədər hazırlıqlıdır?

İqtisadiyyat
19 oktyabr 2026 450 baxış
Qlobal ərzaq təhdidi qarşısında Azərbaycanın güclü və zəif tərəfləri hansılardır? - Baku TV

Qlobal ərzaq təhdidi qarşısında Azərbaycanın güclü və zəif tərəfləri hansılardır? - Baku TV

İqtisadiyyat
19 oktyabr 2026 450 baxış
Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 450 baxış
Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 450 baxış
Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 450 baxış
Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 450 baxış
Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 450 baxış
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 450 baxış
Seçilmişlər
icon