Pleyeri seçin:
İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.
Görüşdə SOCAR ilə “Total Energies” şirkəti arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.
Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.
Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
