Pleyeri seçin:

İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib

05 sentyabr 2025 627 baxış

Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.

Forumun açılışında çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. 2025-ci ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.

Alparslan Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verir.

Forum çərçivəsində enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb.

Xarici valyutanın satışına tələbatın azalması nə ilə bağlıdır - Baku TV

Xarici valyutanın satışına tələbatın azalması nə ilə bağlıdır - Baku TV

İqtisadiyyat
09 avqust 2026 627 baxış
BTC və Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu SOCAR-ın strukturuna həvalə olunub - Baku TV

BTC və Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu SOCAR-ın strukturuna həvalə olunub - Baku TV

İqtisadiyyat
09 avqust 2026 627 baxış
Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV

Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV

İqtisadiyyat
09 avqust 2026 627 baxış
"SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir - Baku TV

"SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir - Baku TV

İqtisadiyyat
09 avqust 2026 627 baxış
Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərdə ciddi artım qeydə alınıb - Baku TV

Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərdə ciddi artım qeydə alınıb - Baku TV

İqtisadiyyat
09 avqust 2026 627 baxış
Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV

Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV

İqtisadiyyat
08 avqust 2026 627 baxış
ARDNF qlobal portfelini daha da genişləndirir | Yeni strategiyanın detalları - Baku TV

ARDNF qlobal portfelini daha da genişləndirir | Yeni strategiyanın detalları - Baku TV

İqtisadiyyat
07 avqust 2026 627 baxış
Azərbaycanın əsas neft yataqlarından biri üzrə yeni maliyyə göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanın əsas neft yataqlarından biri üzrə yeni maliyyə göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
07 avqust 2026 627 baxış
6 ayda tarixi göstərici | AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi artdı - Baku TV

6 ayda tarixi göstərici | AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi artdı - Baku TV

İqtisadiyyat
06 avqust 2026 627 baxış
“ITOCHU” SOCAR-la yeni birgə biznes imkanlarını nəzərdən keçirir - Baku TV

“ITOCHU” SOCAR-la yeni birgə biznes imkanlarını nəzərdən keçirir - Baku TV

İqtisadiyyat
06 avqust 2026 627 baxış
Seçilmişlər
icon