Maliyyə Nazirliyi bu təşkilatlarda görün nələri aşkarladı | Detallar açıqlandı
Maliyyə Nazirliyi 2024-cü ildə dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirib.
57 təşkilatda Prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən yoxlama aparılıb.
Yoxlamalar zamanı 13 milyon 331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmçinin iş planına əsasən, 38 təşkilatda yoxlamalar həyata keçirilib.
Bu zaman aşkar olunan 6 milyon 360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5 milyon 146,6 min manat hissəsi təqsirkarlar tərəfindən yoxlamalar zamanı və sonrakı dövrdə dövlət büdcəsinə ödənilib. 2 təşkilat üzrə aşkarlanan 1 milyon 213,5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib.
Bundan başqa, vətəndaş müraciətlərinə əsasən, 5 təşkilatda da qeyd edilən hallar üzrə yoxlamalar aparılıb və nəticədə, 4 500 manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Bu nöqsanlar üzrə tərtib edilən sənədlər Baş Prokurorluğa göndərilib.
#Maliyyə Nazirliyi teqi istifadə olunub
