Maliyyə Nazirliyi büdcə proqnozlarını açıqladı
Azərbaycan iqtisadiyyatında növbəti mərhələ: 2026-cı ilin büdcə zərfi açıqlandı! Baku TV-nin təqdim etdiyi xüsusi süjetdə Maliyyə Nazirliyinin növbəti il üçün dövlət və icmal büdcəsi üzrə ilkin proqnozları təhlil olunur. Məlumata görə, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcənin əsas prioritetləri sırasında müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, habelə sosial öhdəliklərin tam yerinə yetirilməsi dayanır. Qeyri-neft sektorundan daxilolmaların artması fonunda Neft Fondundan transfertlərin azaldılması iqtisadiyyatın neft asılılığının minimuma endirilməsi yolunda mühüm addım kimi qiymətləndirilir. Pensiya və maaş artımları, neftin büdcə qiyməti və iqtisadi artım proqnozları barədə bütün detallar Baku TV-də.
#Maliyyə Nazirliyi teqi istifadə olunub
- Dövlət müəssisələrinin idarə edilməsində yenilik edilir - Baku TV
- Büdcədə neftin qiyməti niyə 65 dollar hesablanıb? - Baku TV
- Nazir son 20 ilin ən yüksək göstəricisini açıqladı
- “Daxili dövlət borclanmasının yuxarı həddi...” | Sahil Babayevdən açıqlama
- Qeyri-neft gəlirlərinin artım tempi neft gəlirlərini üstələyib
