Manat nə qədər bahalaşdı? - İqtisadçı əsas səbəbləri belə izah etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Son dövrlər manatın lirə, rubl kimi valyutalara nəzərən bahalaşması müşahidə olunur.
Belə ki, iyulun 1-də 1 manat 23,43 lirəyə bərabər olduğu halda, iyulun 25-də 23,86 lirə təşkil edib. Eyni dövrdə həmçinin manatın rus rubluna qarşı məzənnəsi 46 rubldan 46,7 rubla yüksəlib.
Maraqlıdır, milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsində dəyişiklik olmadığı halda, lirə və rubla qarşı bahalaşması nə ilə bağlıdır?
İqtisadçı Xalid Kərimli izah edir ki, manat artıq 7-8 ildir dollara fiks olunub və 1,70 kurs səviyyəsində sabit saxlanılır:
“2016-cı ildən Mərkəzi Bank dollara indeksasiya olunmuş məzənnə siyasəti həyata keçirir. Bu o deməkdir ki, dollar bahalaşdıqca manat da bahalaşır, dollar ucuzlaşanda isə manat da ucuzlaşır. Məsələn, dollar lirəyə nisbətdə möhkəmlənəndə eyni proses manatla da baş verir. Bu dəyişikliklər Azərbaycan iqtisadiyyatı ilə birbaşa əlaqəli deyil”.
Qeyd edək ki, nəzəriyyəyə görə, məzənnənin yüksəlməsi idxal üçün əlverişli şərait yaradır. Belə ki, valyutanın bahalaşması müvafiq ölkədən məhsul və xidmətləri daha aşağı qiymətə əldə etməyə imkan verir. İxracda isə proses əksinədir. Məzənnənin yüksəlməsi qiymətləri qarşı tərəf üçün artırmaqla rəqabəti çətinləşdirir.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
