Manatın faizi endirildi | Mərkəzi Bankdan vacib qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini növbəti dəfə azaldıb. Faiz dərəcəsi 7,75 faizdən 7,5 faizə, faiz dəhlizinin yuxarı həddi 8,75 faizdən 8,5 faizə endirilib.
Faiz dəhlizinin aşağı həddi isə dəyişdirilməyib – 6,25 faiz olaraq saxlanılıb. Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.
Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir.
Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
