Mikayıl Cabbarov hansı layihələr haqqında danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadi simasını dəyişəcək nəhəng layihələr Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) diqqət mərkəzinə çevrilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov forum çərçivəsində ölkənin qeyri-neft sektoruna cəlb olunan milyardlarla dollarlıq yeni investisiya paketləri barədə məlumat verib. Nazir xüsusilə Qazaxıstanla birgə həyata keçirilən 700 milyon dollarlıq dəmir istehsalı müəssisəsinin qurulması və İtaliya şirkətləri ilə energetika sahəsində imzalanan strateji müqavilələrin əhəmiyyətini vurğulayıb. Cəmi bir neçə gün ərzində ümumi dəyəri 10 milyard dolları ötən sənədlərin imzalanması Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Baku TV-nin süjetində Mikayıl Cabbarovun vergi islahatları, "kölgə iqtisadiyyatı" ilə mübarizədə əldə olunan uğurlar və işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yaradılan xüsusi imtiyazlar haqqında fikirləri təhlil olunur.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
