Nazir müavini kənd təsərrüfatı üzrə dinamikadan və görülən işlərdən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur. Bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahələrini əhatə edir. Son 10 ildə kənd təsərrüfatında real ifadədə ümumi artım 37,8% təşkil edib”.
Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, son 10 ildə bitkiçilik sahəsində artım 48,2 %, heyvandarlıq sahəsində isə 29,6 % olub.
“Ümumilikdə müsbət tendensiyalar sırasında aqrar və qida məhsullarının ixracında da artım qeydə alınıb. Bu göstərici son 10 ildə 62,8% yüksəlib”, – deyə Zaur Əliyev bildirib.
#Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi teqi istifadə olunub
- Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV
- Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV
- Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdən bağlantı - Baku TV
- ADA Universitetində Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirildi - Baku TV
- Azərbaycanda fermer reytinqinin tətbiqinə başlanılır - Baku TV
