İqtisadiyyat
Pleyeri seçin:

Pərviz Şahbazov Azərbaycanın yaşıl enerjiyə keçid siyasətindən danışdı

14 noyabr 2024

“Azərbaycan enerji baxımından dünya bazarına töhfə verməyə davam edir. Bütün bunlara baxmayaraq, enerji resurslarından istifadənin iqlimə ziyan vurduğundan və bunun nə kimi fəsadları olduğundan da xəbərdarıq. Eyni zamanda resursların bir gün tükənəcəyi reallığını da unutmuruq”.

Bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir:

“Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma bununla kifayətlənməyəcəyik. Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik”.

P.Şahbazov Azərbaycanın enerji sektorunda region ölkələri ilə əməkdaşlığına da toxunub:

“Biz Avropa İttifaqına qədər uzanan “Yaşıl enerji dəhlizi” layihəsində iştirak edirik. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizləri ilə bağlı mühüm layihələrdə də iştirak edirik. Bu layihə ilə biz Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirməyi hədəfləyirik. Bütün bu işlər enerji təhlükəsizliyi ilə yanaşı, enerji transformasiyasına da töhfə verəcək”.

Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

İqtisadiyyat
21 noyabr 2024
Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

İqtisadiyyat
21 noyabr 2024
Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

İqtisadiyyat
21 noyabr 2024
Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

İqtisadiyyat
21 noyabr 2024
Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

İqtisadiyyat
20 noyabr 2024
Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

İqtisadiyyat
20 noyabr 2024
Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

İqtisadiyyat
20 noyabr 2024
Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

İqtisadiyyat
20 noyabr 2024
Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

İqtisadiyyat
20 noyabr 2024
Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

İqtisadiyyat
20 noyabr 2024
Seçilmişlər
icon