Pərviz Şahbazov Hamburqda keçirilən “Wind Energy Hamburg” Konfransında çıxış etdi
Energetika naziri Pərviz Şahbazov Almaniyada keçirilən “Wind Energy Hamburg” Konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxış edib.
Azərbaycanın regionda bərpa olunan enerji sahəsində investisiya və qlobal əməkdaşlığı uğurla təmin və təşviq edən ölkə olduğu qeyd edilib.
Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 faiz artacağı, hidrogen idxalı ilə bağlı planları və enerji təhlükəsizliyi kontekstində Avropa İttifaqının strateji marağında olan layihə kimi dəyərləndirilib.
“Hesab edirik ki, COP28 bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması hədəfini irəli sürmüşdüsə, COP29 bu hədəflərə nail olmağı dəstəkləyən platforma olacaq”, – deyə nazir əlavə edib.