Prezident “Qaz təchizatı haqqında” qanunla bağlı fərman imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
Bu barədə Prezident İlham Əliyevin avqustun 19-da imzaladığı “Qaz təchizatı haqqında” qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, Dövlət Neft Şirkəti qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.
Sözügedən Fərmanda həmçinin Nazirlər Kabinetinə, Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıqlar verilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
