Pleyeri seçin:

Qlobal enerji istehsalında Azərbaycanın payı | ABŞ Energetika Nazirliyindən məlumat

10 fevral 2025 557 baxış

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.

Bu barədə ABŞ Energetika Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.

“Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq”, – deyə məlumatda qeyd edilib.

ABŞ Energetika Nazirliyindən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir.

Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:

“Bu yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir”.

Qurumun məlumatına görə, 2025-ci il yanvarın 1-nə Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 30 milyard barel, Türkmənistanda 600 milyon barel, Özbəkistanda 594 milyon barel təşkil edir.

Energetika Nazirliyindən həmçinin qeyd edilib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi – Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın payına qlobal enerji istehsalının 3 %-i, qlobal istehlakın isə 1 %-i düşüb.

Banner
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 557 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 557 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 557 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 557 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 557 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 557 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 557 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 557 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 557 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 557 baxış
Seçilmişlər
icon