Pleyeri seçin:

Qlobal ərzaq qiymətləri indeksi açıqlandı | Qiymət artımına səbəb nədir?

10 noyabr 2024 610 baxış

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı oktyabr ayı üzrə qlobal ərzaq qiymətləri indeksini açıqlayıb.

İndeks oktyabrda sentyabr ilə müqayisədə 2 faiz artaraq 127,4 bənd olub. İndeks həmçinin bir il əvvələ nisbətən 5,5 faiz artaraq 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.

İndeksin ən yüksək səviyyəsinə çatmasına bitki yağı qiymətlərindəki kəskin artım səbəb olub.

Belə ki, palma, soya, günəbaxan yağlarının bahalaşması bitki yağı indeksini 7,3 faiz artırıb. Bu da son 2 ilin ən yüksək artım göstəricisidir.

Taxıl qiyməti indeksi isə buğda və qarğıdalı ixracı qiymətlərindəki artıma görə oktyabr ayında bir əvvəlki ayla müqayisədə 0,9 faiz yüksəlib.

Eyni zamanda şəkərin qiymət indeksi 2,6 faiz artıb. Süd məhsullarının qiymət indeksi isə oktyabrda sentyabr ayı ilə müqayisədə 1,9 faiz, 2023-cü ilin eyni dövrünə nisbətən 21,4 faiz bahalaşıb. Ətin qiymətinə gəlincə isə müvafiq indeksdə oktyabr ayında sentyabr ayına nisbətən 0,3 faiz azalma olub.

Banner
Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 610 baxış
Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

İqtisadiyyat
04 oktyabr 2026 610 baxış
Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 610 baxış
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 610 baxış
Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV

Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 610 baxış
SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV

SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 610 baxış
Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 610 baxış
SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 610 baxış
Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 610 baxış
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 610 baxış
Seçilmişlər
icon