"Honeywell"in vitse-prezidentindən açıqlama - Baku TV
SOCAR “Honeywell”lə tərəfdaşlıq çərçivəsində rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərini inkişaf etdirir.
“Trend”in məlumatına görə, bunu Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində keçirilən panel müzakirəsi zamanı “Honeywell” şirkətinin Sənaye Avtomatlaşdırma Həlləri üzrə vitse-prezidenti və baş meneceri Vişal Mehta bildirib.
O, “Honeywell”in SOCAR ilə rəqəmsal transformasiya və avtomatlaşdırmaya yönəlmiş əhəmiyyətli bir tərəfdaşlıq inkişaf etdirdiyini və şirkətin bir çox neft emalı zavodlarının artıq “Honeywell” texnologiyaları ilə fəaliyyət göstərdiyini vurğulayıb.
Buraya aktivlərin performansının idarə edilməsi, operator təlim simulyatorları və rəqəmsal əkizlər kimi yüksək texnologiyalı həllər daxildir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
