"Özbəkneftqaz" və "SOCAR" arasında Özbəkistandakı önəmli layihə ilə bağlı müzakirə
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Özbəkneftqaz" dövlət şirkəti sentyabrda bu ölkənin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması üçün əməliyyat şirkətinin qeydiyyat prosesini tamamlamağı planlaşdırırlar.
"Özbəkneftqaz"ın xəbərinə görə, hər iki şirkətin rəhbərləri videokonfrаns formatında danışıqlar aparıblar. Görüş zamanı Özbəkistan Prezidentinin fərmanı ilə təsdiqlənmiş Hasilatın Pay Bölgüsü Sazişinin icrasının gedişatı, həmçinin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin sürətləndirilməsi və başlanması üçün tədbirlər müzakirə edilib.
Tərəflər bu layihənin həyata keçirilməsinin texniki, həmçinin onun reallaşdırılması üçün operator şirkətin açılması ilə bağlı məsələlər ətrafında danışıblar.
"Danışıqların nəticəsinə görə, sentyabrda operator şirkətin qeydiyyat prosesinin tamamlanması, seysmik kəşfiyyat işlərinin yeni müddətlərinin müəyyən edilməsi və layihənin ekoloji qiymətləndirilməsi prosedurlarının başlanması barədə razılıq əldə edilib", ‒ deyə məlumatda qeyd olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
