Rövşən Nəcəf qazaxıstanlı həmkarı ilə görüşdü: müzakirə mövzusu açıqlandı
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyevlə görüşüb.
Görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bu xüsusda SOCAR-la “KazMunayGaz” arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. 2023-cü ilin oktyabrında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.
Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
- SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV
- Alparslan Bayraktar SOCAR-ın fəaliyyətindən danışdı - Baku TV
