Pleyeri seçin:
Rövşən Nəcəf Trayço Traykov ilə görüşdü - Baku TV
SOCAR-ın prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşüb.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrinin enerji sektorunda da uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının enerji sektorunda əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin, o cümlədən interkonnektor layihələrinin Bolqarıstana etibarlı və fasiləsiz təbii qaz təchizatının təmin edilməsində rolu xüsusi qeyd olunub.
Görüşdə SOCAR ilə Bolqarıstanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV
- Rövşən Nəcəf Moldova energetika naziri ilə görüşüb - Baku TV
- SOCAR-ın prezidenti "TotalEnergies" şirkətinin baş vitse-prezidenti ilə görüşdü - Baku TV
- SOCAR-ın təşkilatçılığı ilə maarifləndirici təlimlər keçirilib - Baku TV
- SOCAR və BP arasında mühüm layihələrlə bağlı müzakirə aparıldı - Baku TV
