Pleyeri seçin:
Rövşən Nəcəf və Asxat Xasenov arasındakı görüşdə nələr müzakirə olundu?
Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub. Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.
Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- İqnasio Kassis SOCAR-la bağlı şəxsi təcrübəsini bölüşdü - Baku TV
- SOCAR AÇG layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - Baku TV
- SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV
- Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
- SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV
