Şamaxıda elmi-praktik konfrans keçirildi
Aprelin 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində elmi-praktik konfrans öz işinə başlayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Çıxışlarda Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları mövzularında məruzələrə də yer ayrılıb. Sonra Auditorlar Palatasının sədri professor Vahid Novruzovun moderatorluğu ilə məruzələr ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Konfransın ikinci sessiyasında “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi” mövzularında məruzələrə də yer ayrılıb.
#Şamaxı teqi istifadə olunub
- Şamaxıya küləklə müşayiət olunan qar yağdı
- Şamaxıda yol problemi sakinləri özlərindən çıxardı - Baku TV
- Şamaxıda güclü zəlzələ evləri silkələdi | Sakinlər qorxu içində - Baku TV
- 17 yaşlı oğlandan qandonduran əməl | Şamaxıda dəhşətə gətirən qətl - Baku TV
- Şamaxıda mərkəzi küçə baxımsız halda | 40 ailənin probleminə RİH-dən nə cavab gəldi? - Baku TV
