Samir Şərifovdan "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dövlət Neft Şirkəti “Azər-Türk Bank”ın səhmlərinin 51 %-nin əldə edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bankdakı payının bir qisminin şirkətin sərəncamına verilməsi hesabına gözlənilir”.
Bunu “Report”a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.
“Məndə olan məlumata görə, söhbət həmin Bankdakı dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir”, – deyə nazir qeyd edib.
Bununla yanaşı, Samir Şərifov vurğulayıb ki, bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.
Xatırladaq ki, SOCAR-ın “Azər-Türk Bank”ının nəzarət səhm paketinin alınması ilə bağlı məsələ şirkətin 2024-cü il 17 iyulda keçirilən Müşahidə Şurasının iclasında müzakirə edilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
