İqtisadiyyat
Pleyeri seçin:
Samuxda KOB dostu ofisi fəaliyyətə başladı
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Samux rayonunda sahibkarlarla görüş keçirilib.
Tədbirdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Həmçinin tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu, ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü ofisdir.
Kopyalandı
Seçilmişlər