Pleyeri seçin:

Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

06 oktyabr 2024 421 baxış

“Sənaye parkı 200 hektar ərazini əhatə edir. Park logistika imkanları baxımından əlverişli ərazidə yerləşir. Hazırda sənaye parkına sahibkarlar tərəfindən böyük maraq var, məhz bunun nəticəsidir ki, 13 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib”.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.

Agentlik rəsmisi bildirib ki, təməli qoyulan müəssisələrin 2025-ci ildə fəaliyyə başlaması planlaşdırılır:

“Müəssisələrdə istehsal edilən məhsulların ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldilməsi, növbəti mərhələdə isə xarici bazarlara çıxarılması planlaşdırılır. Hazırda sənaye parkında qeydiyyatdan keçən rezidentlərin çoxu tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri aparılır. Sənaye parkında sement istehsalı müəssisəsinin, o cümlədən minatəmizləmə avadanlıqlarının istehsalı müəssisələrinin inşası sürətlə davam etdirilir”.

O qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası”nda sahibkarların fəaliyyəti üçün əlverişli mühit yaradılıb:

“Burada rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. O cümlədən rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, habelə idxal etdikləri texnika və texnoloji avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad edilib.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər də təklif edilir. Onlara güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal ödənişlərə 20 % güzəşt təklif edilir, o cümlədən Nazirlər Kabinetinin müəyyən etdiyi xammal və bir sıra məhsullara görə isə idxal zamanı ƏDV və gömrük rüsumlarından tam azad edilir”.

Banner
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 421 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 421 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 421 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 421 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 421 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 421 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 421 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 421 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 421 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 421 baxış
Seçilmişlər
icon