Pleyeri seçin:

Serbiyada yol inşa edən “AzVırt” MMC şirkətindən uğurlu nəticələr

19 oktyabr 2023 333 baxış

Serbiyanın yol şəbəkəsinin şah damarı sayılan Ruma-Şabats magistralını Azərbaycanın “AzVirt” şirkəti inşa edərək istifadəyə verib.

Açılış mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç, serbiyalı nazirlər, “AzVirt”in rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Serbiya Prezidenti Alaksandr Vuçiç bu günə qədər görülən işlərə görə Azərbaycandan olan podratçı şirkət – “AzVirt”ə təşəkkürünü bildirib: “Mən Sizə həqiqətən güvənirəm. İşinizə, bu sahədə verdiyiniz töhfəyə görə çox sağ olun deyirəm. Sağ olun ki, şirkətinizin bütün rəhbər şəxsləri ilə burdasınız. Bu, bizim dostluğumuzun və fədakar əməyinizin böyük sübutudur.

“AzVirt”in rəhbəri dəqiq insandır, “AzVirt” şirkəti isə əladır”. “AzVirt” şirkətinin baş direktoru Kamil Əliyev serb və azərbaycanlı inşaatçıların birgə tikinti uğurlarını yüksək dəyərləndirib.

O, Ruma-Şabats magistralının və nəhəng körpünün tikintisinin müqavilə şərtlərindən xeyli əvvəl Serbiya vətəndaşlarının istifadəsinə verildiyini deyib: “Serbiyanın yol şəbəkəsinin gücləndirilməsinə töhfə vermək bizim üçün şərəfdir. Göstərilən etimadı doğrultmaq, bütün müqavilə öhdəliklərini, ən yüksək beynəlxalq standartlara uyğun yerinə yetirmək üçün əlimizdən gələni etdik. Unutmayın, “AzVirt” təkcə körpülər və yollar inşa etmir, həm də Azərbaycanla Serbiya və xalqlarımız arasında əbədi bağlar qurur”.

Daha sonra Kamil Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiçə ikitərəfli əlaqələrin inkişafında və gələcək nəsillərə miras qalacaq yeni birgə layihələrin işlənib hazırlanmasında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

ƏDV ilə bağlı dəyişiklik | Qiymətlər aşağı düşə bilər? - Baku TV

ƏDV ilə bağlı dəyişiklik | Qiymətlər aşağı düşə bilər? - Baku TV

İqtisadiyyat
23 dekabr 2025 333 baxış
Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV

Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV

İqtisadiyyat
23 dekabr 2025 333 baxış
“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

İqtisadiyyat
22 dekabr 2025 333 baxış
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

İqtisadiyyat
21 dekabr 2025 333 baxış
Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

İqtisadiyyat
20 dekabr 2025 333 baxış
Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

İqtisadiyyat
20 dekabr 2025 333 baxış
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 dekabr 2025 333 baxış
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 dekabr 2025 333 baxış
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 333 baxış
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 dekabr 2025 333 baxış
Seçilmişlər
icon