Pleyeri seçin:

SOCAR 2024-cü ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqladı

13 avqust 2024 189 baxış

2024-cü ilin ikinci rübündə Dövlət Neft Şirkəti tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.

Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 % artıb.

SOCAR-ın məlumatına görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.

Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2 % artaraq ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2024-cü ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.

Qeyd olunub ki, hesabat dövründə SOCAR-ın xarici bazarlara ixrac etdiyi neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payı da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 9,2 % artaraq 6,2 milyard kubmetr olub.

Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr təşkil edib və 2024-cü ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 % artıb.

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 000 tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları isə ötən ilin analoji dövrü ilə müqayisədə 8 % artıb.

Kopyalandı
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 dekabr 2025 189 baxış
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 dekabr 2025 189 baxış
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 189 baxış
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 dekabr 2025 189 baxış
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 dekabr 2025 189 baxış
Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 189 baxış
SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 dekabr 2025 189 baxış
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 dekabr 2025 189 baxış
Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

İqtisadiyyat
17 dekabr 2025 189 baxış
Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

İqtisadiyyat
17 dekabr 2025 189 baxış
Seçilmişlər
icon