SOCAR “Abşeron” qaz-kondensat yatağında görülən işlər və hədəfləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Abşeron” yatağının tammiqyaslı işlənilməsi mərhələsi üzrə cari il ərzində yekun investisiya qərarının qəbul olunmasına hazır olmaq məqsədilə “Abşeron” yatağının işlənilməsinin ikinci fazası üçün “Front End Engineering Design” işlərinin icrası ilə bağlı layihə tərəfdaşları ilə əsas podratçı tərəflər arasında razılaşma əldə olunub və layihələndirmə işləri artıq ilin əvvəlindən başlanılıb.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq Dövlət Neft Şirkətindən bildirilib.
2025-ci ilin sonunda FEED mərhələsinin tamamlanması və yekun investisiya qərarının verilməsi gözlənilir.
Vurğulanıb ki, “Abşeron” yatağından hasil olunacaq qaz Azərbaycanın daxili bazarı ilə yanaşı, xaricə də yönəldiləcək.
“SOCAR-ın beynəlxalq tərəfdaşlarla birgə layihənin işlənilməsini həyata keçirməsi və ilk qaza nail olunması qlobal enerji bazarına müsbət təsir etməklə yanaşı, eyni zamanda Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatçısı qismində mövqeyinin möhkəmlənməsində böyük rol oynayacaq”, ‒ deyə məlumatda qeyd olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
