SOCAR beynəlxalq şirkətləri bir araya gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Atlantik Şura”nın təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib.
SOCAR, “ADNOC”(Ədnak), bp (bipi), “ExxonMobil”(eksAn mObıl), “PetrOnas” kimi beynəlxalq enerji şirkətlərinin qatıldığı dəyirmi masada müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, o cümlədən “Baker Hughes” (beykIr hyus), “Honeywell” (hanıy vel), “GE Vernova”(ci ii vernOva), “Teneo”nın (TineO) nümayəndələri, həmçinin Ətraf Mühitin Mühafizəsi Fondu, “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” (OGDC), Beynəlxalq Enerji Agentliyi, “Atlantik Şuranın Qlobal Enerji Mərkəzi”, Neft-Qaz İqlim Təşəbbüsü, “McKinsey”(Mikenzİy), “Kapital Bank”, “Pasha Bank”, “Bank of Baku”, “Access Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın təmsilçiləri iştirak ediblər.
Tədbirdə “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın təşəbbüslərinin icrası istiqamətində dekarbonizasiya həllərinə dair müzakirələr aparılıb.
Azərbaycanda yerli bank sektorunun bu prosesdə iştirakının emissiyaların azaldılması layihələrinin icrası zamanı maliyyə resurslarına əlçatanlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, bu sahədə məlumatlılığın artırılması və mümkün layihələrin icrasına dair birgə təkliflərin hazırlanmasının vacibliyi qeyd olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
