“SOCAR Bolqarıstana qazın əsas tədarükçüsüdür” | Şirkət rəsmisi yeni layihələrdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın dövlət neft şirkəti hazırda Bolqarıstanda iki qazpaylama layihəsini həyata keçirir.
Bunu “Trend”ə müsahibədə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov bildirib.
O qeyd edib ki, SOCAR Bolqarıstana qazın əsas tədarükçüsüdür.
“Ölkənin daxili qaz bazarında bizim payımız təqribən 60 faiz təşkil edib. Buna həm “Azerbaijan Gas Supply Company”, həm də SOCAR xətti ilə həyata keçirilən tədarüklər daxildir.
Ümumilikdə Bolqarıstana tədarüklərin həcmi ötən il az qala 2 milyard kubmetr təşkil edib”, – deyə Murad Heydərov qeyd edib.
O vurğulayıb ki, SOCAR yalnız topdan qaz tədarükü ilə məhdudlaşmır, həm də birbaşa qaz istehlakçılarına yönəlir.
Xüsusilə, iki layihədən danışan SOCAR rəsmisi onlardan birinin Panaqyurişte şəhərində qazpaylama şəbəkəsinin qurulması olduğunu bildirib.
“Digər qazpaylama layihəsi “hibrid qazlaşdırma”dır. Bu layihə ölkənin “Bulgartansgaz” şəbəkəsi ilə əlaqəsi olmayan regionlara qazın çatdırılmasını nəzərdə tutur”, ‒ deyə o bildirib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
