SOCAR-da işə qəbul prosesləri barədə məlumat | Universitet tələbələri ilə fikir mübadiləsi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR ilə Qarabağ Universiteti arasında imzalanan Anlaşma Memorandumunun davamı olaraq 18-19 dekabr 2025-ci ildə ali təhsil müəssisəsinə rəsmi səfər təşkil edilib.
Görüş zamanı SOCAR-da işə qəbul prosesləri, təcrübə proqramları və karyera imkanları barədə məlumat verilib, universitet nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfərdə Gənc İstedadlar Proqramının məzunları da iştirak edərək öz təcrübələrini tələbələrlə bölüşüblər.
Səfər çərçivəsində həmçinin iştirakçılar üçün “Effektiv komanda işi” mövzusunda interaktiv təlim və komanda quruculuğu fəaliyyətləri həyata keçirilib.
Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 2023-cü il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Xankəndi şəhərində yerləşən universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
