SOCAR-dan mühüm addım | Emissiyaların azaldılmasının əlavə yolları
Yeniliklərdən dərhal xəbərdar olun
“Dövlət Neft Şirkəti neft-qaz şirkəti olaraq emissiyaların azaldılmasının əlavə yollarını araşdırır”.
Bunu SOCAR-ın Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti üzrə vitse-prezidentinin müavini Teymur Quliyev Bakıda keçirilən "Caspian Energy Forum"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, SOCAR iki il əvvəl rəhbərliyin təşəbbüsü ilə "yaşıl enerji"yə keçidə başlayıb.
O bildirib ki, SOCAR həmişə neft və qaz sahəsində ixtisaslaşmış enerji şirkəti kimi tanınıb. Lakin bu gün enerji keçidinə doğru qlobal trend müşahidə edildiyindən bir çox aparıcı şirkətlər artıq davamlı enerjiyə yönəliblər. SOCAR isə nümunələrə baxaraq COP28 ərəfəsində bu işlərə start verib.
Teymur Quliyev ölkədə "yaşıl enerji" və dekarbonizasiya sahəsində mütəxəssislər çatışmadığından bu prosesin çətin olduğunu qeyd edib. O, bu vəzifələri sürətli şəkildə həyata keçirmək və qısa müddətdə nəticələr əldə etmək üçün SOCAR tərəfindən beynəlxalq ekspertlər cəlb edildiyini bildirib.
Onun sözlərinə görə, SOCAR COP28-də ilk dəfə olaraq dekarbonizasiya hədəflərini ictimaiyyətə təqdim edib və əsas hədəf 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaqdır. Növbəti mərhələyə isə şirkətin hədəflərinin bölüşdürülməsi daxil edilib və bu istiqamətdə "yaşıl enerji" layihələrinin həyata keçirilməsi ilə məşğul olan "SOCAR Green" şirkəti yaradılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
