SOCAR-ın bu addımı investorların böyük marağına səbəb oldu
Dövlət Neft Şirkətinin “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib.
“SOCAR Capital” şirkətinin verdiyi məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Qeyd edək ki, ölkəmizin “yaşıl enerji” sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılan “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Martın 7-dən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl istiqraz”ları ilə Bakı Fond Birjasında bu günədək 13,8 milyon ABŞ dolları məbləğində 330-dan çox əqd bağlanıb.
SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6 % gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
