SOCAR-ın prezidenti İtaliyada bir sıra mühüm görüşlər keçirib - Baku TV
28 may 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliya Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
O, əvvəlcə “Italiana Petroli” şirkətinin ofisində İdarə Heyətinin üzvləri, həmçinin SOCAR və “Italiana Petroli” nümayəndələri ilə görüşüb.
Görüşdə şirkətin cari fəaliyyəti, İtaliya bazarındakı mövqeyi, strateji hədəfləri və qarşıdakı dövr üzrə prioritet məsələlər müzakirə edilib.
Daha sonra SOCAR-ın prezidenti İtaliyanın enerji sektorunu təmsil edən UNEM təşkilatının prezidenti Canni Murano və “Confindustria” Konfederasiyasının enerji üzrə nümayəndəsi Aurelio Regina ilə danışıqlar aparıb.
Görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti qeyd olunub.
SOCAR ilə İtaliya şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən infrastrukturun inkişafı, təbii qazın nəqli və təchizatı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Rövşən Nəcəf teqi istifadə olunub
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV
- SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV
- SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV
- SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV
