SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 30-u SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.
Görüşdə SOCAR ilə “ITOCHU” Korporasiyası arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
