Pleyeri seçin:

SOCAR-ın strateji hədəfləri | “Yaşıl istiqraz”ların tədavülə buraxılması ilə bağlı tədbir

07 mart 2025 630 baxış

Dövlət Neft Şirkəti “yaşıl istiqraz”larının tədavülə buraxılması ilə bağlı tədbir təşkil edib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovla yanaşı, SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də “Bakı Fond Birjası” QSC, Milli Depozit Mərkəzi, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Çıxışlarda dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.

SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat verilib, bu xüsusda “yaşıl istiqrazlar”ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə vurğulanıb.

Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR istiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib.

SOCAR-ın “yaşıl istiqraz”larının bazara çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə çatdırılıb. Tədbirdə rəmzi “açılış zəngi”nin çalınması ilə SOCAR-ın “yaşıl istiqraz”larının “Bakı Fond Birjası”nda təkrar bazar əməliyyatlarına start verilib.

Qeyd olunub ki, SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.

Banner
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 630 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 630 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 630 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 630 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 630 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 630 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 630 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 630 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 630 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 630 baxış
Seçilmişlər
icon