Pleyeri seçin:

SOCAR-ın Türkiyə ofisinə edilən hücumun məqsədi | Şirkətdən rəsmi açıqlama

03 iyun 2024 296 baxış

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Türkiyə” şirkətinin İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

Bu barədə “SOCAR Türkiyə”nin yaydığı məlumatda deyilir.

Bildirilir ki, “Socar Türkiyə” fəaliyyətini baş ofisi SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçirir. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər.

Qeyd olunur ki, bu xüsusda SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir.

“Bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyil”, – deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd edilib ki, son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında “SOCAR Türkiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilir. Bu təxribatçı qruplar şirkətin İsraillə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək təxribat xarakterli paylaşımlar edir, şirkət binasına əməkdaşların təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirirlər.

“Socar Türkiyə”nin İstanbuldakı mərkəz binasında martın 12-si, mayın 29-u və 31-i, iyunun 2-də, Bursadakı Bursaqaz ofis binasında isə mayın 24-də həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi şirkət əməkdaşlarının həyatı üçün təhlükə yaratmaqdadır.

Kopyalandı
Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

İqtisadiyyat
20 dekabr 2025 296 baxış
Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

İqtisadiyyat
20 dekabr 2025 296 baxış
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 dekabr 2025 296 baxış
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 dekabr 2025 296 baxış
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 296 baxış
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 dekabr 2025 296 baxış
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 dekabr 2025 296 baxış
Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 296 baxış
SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 dekabr 2025 296 baxış
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 dekabr 2025 296 baxış
Seçilmişlər
icon